11 Sentyabr 2018 22:30
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik okeanından yaxınlaşan "Florens" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Qeyd edək ki, artıq dünən "Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.

Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.

Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər