14 Sentyabr 2018 16:08
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın Tbilisi şəhərində BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan nümayəndəlikləri tərəfindən 2015-ci ildən bəri birgə həyata keçirilən regional layihənin bağlanış mərasimi keçirilib.

Teleqraf.com BMT-nin İnkişaf Proqramına istinadla xəbər verir ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində insanların və malların təhlükəsiz və qanuni şəkildə hərəkətini asanlaşdırmaq məqsədi daşıyan bu layihə Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının “Flaqman Təşəbbüsü”nün bir hissəsi kimi həyata keçirilir, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi kimi iki strateji tərəfdaşla sıx əməkdaşlıq çərçivəsində idarə olunur.

Ümumi büdcəsi 2.66 milyon avro olan bu təşəbbüsə Avropa İttifaqı tərəfindən 2.128 milyon avro, Azərbaycan və Gürcüstan hökumətləri tərəfindən isə birlikdə 532,000 avro məbləğində vəsait ayrılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər