NATO Rusiyanın təzyiqləri qarşısında geri çəkilmək niyyətinə deyil.
Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Baş katib qeyd edib ki, Rusiya ilə problemləri dialoq yolu ilə həll etmək istərdilər.
Stoltenberqin sözlərinə görə, Rusiya öz qonşularına qarşı hərbi güc tətbiq etməyə hazırdır.
O, eyni zamanda, NATO-nun Gürcüstan və Ukraynanın ittifaqa daxil olma səylərini dəstəkləməyə davam edəcəyinə əminliyini ifadə edib: “Gürcüstan NATO üzvü olacaq”.