Finlandiya Prezideni Sauli Niinistö Rusiya tərəfindən heç bir təhdit gözləməməsinin səbəblərini açıqlayıb.
Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, alman qəzeti “Frankfurter Allgemeine”yə müsahibə verən Finlandiya prezidenti Rusiyanın onlara hücum etməsi üçün heç bir əsaslarının olmadığını qeyd edib.
“Şübhə edirəm ki, Rusiya Pribaltika ölkələrinə hücum edə bilər. Özəlliklə də Finlandiyaya” – deyə açıqlama verən Sauli Niinistö Finlandiyanın Şimali Atlantika alyansına qoşulmaq fikrinin olmadığını vurğulayıb.
Həmçinin dövlət başçısı əlavə edib ki, rəsmi Moskva Helsinkinin siyasi mövqeyini dəstəkləyir. “Bəzi fikir ayrılıqları isə, münasibətlərimizə zərər vermir” – deyə Finlandiya prezidenti bildirib.
“Rusiya bizim mövqeyimizi bilir. Onlar bilirlər ki, biz çox inadkar ola bilərik. Ancaq bu halda belə Rusiya Federasiyası ilə münasibətləri qorumaq bizim üçün çətin deyil”
Öz açıqlamasında Niinistö Ağ Ev rəhbəri Donald Trampla görüşü zamanı ona verdiyi məsləhəti xatırladıb.
“Putinlə görüş zamanı çox ehtiyatlı olmaq lazımdır. O, həmişə hazırlıqlı gəlir. Olduqca yaxşı hazırlaşır”
Xatırladaq ki, Rusiya prezidenti ilə Finladniyanın dövlət başçısı arasında görüş avqustun 22-də Soçidə baş tutub.