ABŞ-ın şərqində Karolina ştatında hökm sürən qasırğa nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Teleqraf.com ABŞ mətbuatına istinadla xəbər verir ki, Cümə günündən bu yana davam edən fırtına qitənin quru səthinə çatdıqda tropic qasırğaya çevrilib.
Ağ Evdən verilən açıqlamaya əsasən isə, Donald Tramp Şimali Karolina əyalətini fəlakət bölgəsi elan edib və gələcək həftə bölgəyə səfər edəcəyi gözlənilir.
1 milyona yaxın insan Karolina əyalətində elektrik enerjisindən məhrum olub.
Qasırğa səbəbi ilə 2 mindən çox uçuş ləğv edilib. Fırtına Şimali və Cənubi Karolinada həyatı iflic edib.
Qeyd edək ki, 10 milyondan çox insana təsir edəcəyi gözlənilə qasırğa ABŞ hökumətinə 170 milyard dollar zərər verib.