FETÖ-nün 27 məktəbinin fəaliyyətinə son qoyan Qazaxıstan hökuməti ölkədə Türkiyənin Maarif Dərnəyinin fəaliyyətinə yaşıl işıq yandırıb.
Teleqraf.com xəbər verir ki, FETÖ fəallarını bir-bir Türkiyəyə təslim edən Qazaxıstanın FETÖ-nün ikinci şəxsini - Balkanlar üzrə imamı Mustafa Özcanı Türkiyəyə ekstradisiya etməsi gözlənilir.
Qeyd edək ki, Ərdoğanla Nazarbayevin son görüşünün əsas müzakirə mövzusu FETÖ olub.
Faktiki olaraq Qazaxıstanda FETÖ-nün 27 məktəbinin fəaliyyəti dayandırılıb.