Güney Azərbaycanda Höccət İqtisadi İranın Binab şəhərinin polis idarəsində işgəncələrə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, işgəncəyə dözməyən məhkum ölüb.
Sentyabrın 11-də baş vermiş hadisə barədə “Herana” saytı məlumat yayıb: “Həmin şəxs bir müddət əvvəl özünə xəsarət yetirdiyi üçün o, Binabın Xomeyni xəstəxanasına yerləşdirilmişdi. Xəstəxanada ona sakitləşdirici dərmanlar verilib, bundan sonra onda müəyyən psixi pozuntular ortaya çıxıb.
Höccət xəstəxananı tərk etmək istədiyi üçün onunla xəstəxana məmurları arasında qarşıdurma yaranıb. Hadisə ilə bağlı polis idarəsinə xəbər verilib. Bundan sona o, polis tərəfindən saxlanılıb. Şəhər polis idarəsinə aparılan Höccətə burada işgəncə verilib və aldığı ağır xəsarətlər nəticəsində həlak olub”.
Polis əməkdaşları isə gecə saatlarında İqtisadi ailəsi ilə əlaqə saxlayaraq, Höccətin ürəyinin dayandığını bildiriblər.
Ailə meyiti təhvil aldıqdan sonra cəsəddə göyərmə və işgəncə izləri aşkar ediblər. Onların sözlərinə görə, polis idarəsinə aparılmamışdan əvvəl Höccətin bədənində belə izlər olmayıb.