Türkiyə 1930-cu illərdə Suriyadan Hatay vilayətini aldı. İndi növbədə İdlibdir
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, belə bir başlıqlı məqalə İngiltərənin “Economist” jurnalında yayımlanıb.
“Fərat qalxanı”dan sonra “Zeytun budağı” əməliyyatı ilə cənubundakı terror hədəflərini məhv edən Türkiyə hərbi əməliyyatlara davam edir.
Soçi görüşündən sonra əldə olunan diplomatik uğuru dəyərləndirən “Economist” jurnalı məqaləsində Türkiyənin məqsədinin İdlibi işğal etmək olduğunu vurğulayıb.
Bu, Türkiyə mediasında kəskin etiraza səbəb olub.