ABŞ üçün Çin Rusiyadan daha böyük təhlükədir.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “Fox” telekanalına müsahibəsində deyib:
“Rusiya özünü olduqca aqressiv aparır. Onlar bizim seçkilərə qarışmağa çalışırlar. Rusiya Vladimir Putinin rəhbərliyində davakar bir qüvvədir. Biz cavab verməli və onları bacardığımız qədər dayandırmalıyıq”.
ABŞ üçün Pekin, yoxsa Moskva daha təhlükəlidir? Bu suala isə dövlət katibi belə cavab verib:
“Əgər biz gələcək riskləri və perspektivləri nəzərə alsaq, amerikalıların həyatına daha çox təsir edəcək qüvvəni seçsək, deyə bilərəm ki, Çin bizim üçün daha böyük təhlükədir”