ABŞ Prezidenti Donald Tramp ABŞ-ın ən böyük səhvini açıqlayıb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Tramp “Hill” televiziyasına müsahibəsində ABŞ-ın Yaxın Şərq kampaniyasını ən böyük səhv kimi qiymətləndirib:
“ABŞ tarixində bizim ən böyük səhvimiz oğul Buşun vaxtında Yaxış Şərqə hərbi qüvvə yeritməyimiz idi. Obamanın hərbçilərimizi oradan çıxarması isə başqa bir səhv idi”.
Tramp həmçinin qeyd edib ki, ABŞ bu regionda minlərlə canlı qüvvə itirib, buradakı hərbi kampaniyaya 7 trilyon dollardan çox pul xərcləyib:
“Vətəndaş müharibəsini anlamaq olar. Vətəndaş müharibəsi elə vətəndaş müharibəsidir. Bu isə başqadır. Yaxın Şərqdə hərbi əməliyyatlar düzgün qərar deyildi”
Braun Universitetinin 2017-ci ildəki hesablamalarına əsasən ABŞ təkcə İraq və Suriya müharibəsinə 5,6 trilyon dollar xərcləyib.