20 Avqust 2014 20:11
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur model Sindi Krouford uşaqlarına məktəbə getməyi qadağan edib.

Sindi bildirib ki, bunu övladlarının təhlükəsizliyi üçün edir. İş ondadır ki, modelin uşaqlarının oxumalı olduğu məktəbin pəncərələrində zərərli kimyəvi maddələr var.

Məktəb Malibuda yerləşir və 1976-cı ildə tikilib. Həmin vaxt məktəb pəncərə çərçivələrinə 1979-cu ildə istehsalı dayandırılmış zərərli polixlor bifenol kimyəvi maddəsi qatılıb. Bu maddə immun sistemini məhv etməklə uşaqlarda beyinin inkişafına əks-təsir edir və xərçəng yarada bilər.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər