22 Sentyabr 2018 09:19
2 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq müharibə illərində SSRİ tərəfindən casusluq məqsədilə ABŞ-a göndərilən alman əsilli Albert Ditrix uzun illər KQB üçün işləyib. ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həbs olunan agent sonradan sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu məşhur çekist haqqında əvvəllər heç vaxt informasiya olmayıb. Lakin sonradan casusun özü “Dərin gizlilik” adlı xatirələr kitabında bu barədə geniş yazıb.

Jak Barski adı verilən Albert Ditriz “yatan casus” kimi xatırlanır. KQB-nin agenti ABŞ-da amerikalılar kimi yaşayıb. Şərqi Almaniyada doğulan casus 1970-ci illərin ortasında alim kimi universitetdə kimya elmini tədris etməyi planlayırmış. Lakin SSRİ KQB-si onu seçərək Moskvaya aparıb, burada onun bir sıra ölkələrə səfərlərini təşkil edib. Kanada vətəndaşı Viliam Dyson adı ilə bir sıra ölkələri gəzdikdən sonra Ditrix Nyu-Yorka gəlib. O, orada 1955-ci ildə 10 yaşında vəfat edən Jak Barskın pasportundan istifadə etməyə başlayıb.

Barsk qüsursuz şəkildə ingilis dilində danışır və ayda casusluq fəaliyyətinə görə 10 min dollar əmək haqqı alırmış. Ondan keçmişi haqqında soruşan insanlara Yeni Cersidə ağır bir həyat keçirdiyini və liseyi tərk etmək məcburiyyətində qaldığını, illərlə ağır işlərdə işlədiyini bildirir və “təkrar şansımı yoxlamaq üçün Nyu-Yorka gəlməyə qərar verdim” deyirmiş.

Sovet casusu illərcə Jak Barskın doğum haqqında şahadətnaməsindən faydalanıb, hətta özünə sürücülük vəsiqəsi və siğorta kartı alıb.

KQB-nin verdiyi siyahı əsasında yüksək çinli şəxslərlə əlaqə qura bilməyən casus bunun əvəzində Manhettendə işləməyə başlayıb. Barsk bu işi haqqında danışarkən “bu iş mənim amerikanlaşmağıma kömək etdi. Çünki keçmişimə maraq göstərməyən şəxslərlə əlaqə saxlayırdım” deyib. Barsk ABŞ-da yaşadığı ilk dövrlərdə iki ildən bir alman xanımı Gerlinda və oğlu Matausla görüşmək üçün Şərqi Almaniyaya gedirmiş. Ailəsi onun Qazaxıstanda qapalı hərbi hissədə yüksək əməkhaqqı ilə işlədiyini düşünürmüş.

SSRİ-dən ABŞ-a göndərilən üçüncü nəsil casus olduğunu anlayan Barskın özü 10-12 agent yetişdirib. O, deyib ki, yetişdirdiyi casusların bir qisminin hələ də ABŞ-da olduğunu təxmin edir.

Nyu-York Universitetində kompüter mühəndisliyi üzrə təhsil alan və sonradan sığorta şirkətində proqramçı olaraq işləyən KQB agenti ABŞ-da yaşadıqca SSRİ-nin kapitalizm haqqında “şeytanın sistemi” fikrinin yanlış olduğunu düşünməyə başlayıb. Almaniyadakı ailəsi ilə illərcə görüşə bilməyən Barsk ABŞ-da miqrant bir xanımla yenidən ailə qurub və bu evlilikdən bir qızı dünyaya gəlib. Beləcə casus iki fərqli pasporta və ailəyə sahib olub.

Sakit və rahat yaşayan SSRİ casusu ABŞ-da qalmasının 10-cu ilində - 1988-ci ildə KQB-dən “Moskvaya qayıtmalısan, yoxsa ölərsən” mesajını alıb. Geri çağırılmasına səbəb kimi FTB-nin onun gerçəkdən kim olmasını öyrəndiyi haqda şübhələr olub.

Qızını ABŞ-da qoyub Moskvaya qayıtmayacağına qərar verən Barsk KQB-nin bu tələbinin icrasını uzatmağa və başından etməyə başlayıb. Ancaq bundan bir neçə ay sonra KQB-nin digər casusu Nyu-York metrosunda Barskla təsadüfən üz-üzə gəlib və ona “Moskvaya qayıtmağa məcbursan, əks halda öləcəksən” məzmunlu yazılı mesaj verib.

Bundan sonra casus Moskvaya şifrəli məktub yazaraq evinə qayıtmayacağı, ağır xəstəliyə tutulduğu və ABŞ-da qalaraq düzələ biləcəyini qeyd edib. Həmçinin məktubda açıq yazılıb ki, ABŞ-dan ayrılmayacaq və məxfi məlumatları bir daha paylaşmayacaq. Sadəcə ortadan yox olaraq səhhətini qaydaya salmağa çalışacaq.

Bir müddət həbs və ölüm qorxusu yaşayan Barsk bir neçə aydan sonra qapısını nə KQB, nə də FTB-nin döymədiyini görərək rahatlanıb. Beləcə casus özünə orta Amerika təbəqəsinə uyğun həyat qurmağa başlayıb.

Nyu-Yorkda yeni evə köçən casus keçmişinin bir daha onu narahat etməyəcəyini düşünüb. Və beləcə günlərin birində-1991-ci ildə casus SSRİ-nin dağıldığı, süqut etdiyi haqqında informasiya alır. Bu həmin dövr idi ki, Qərb ölkələrində işləyən bir çox sovet casusları Rusiyaya qayıtmaqdan imtina edir, buna görə KQB-nin sirlərini həmin ölkənin kəşfiyyatına verirdilər. Vasili Mitrokin adlı KQB casusu da mövqeyini dəyişərək, KQB-yə işləyən bir çox şəxslərin, o cümlədən Barskın adını FTB-yə verir. FTB 1994-cü ilə qədər Barskı axtarmaqla məşğul olur, hətta düşünülür ki, KQB casusu artıq ABŞ-da yoxdur. Ancaq sonradan Barskın Nyu-Yorkda qaldığı müəyyən edilir və onu FTB agentləri düz 3 il boyunca nəzarətdə saxlayır, casus olub-olmadığını müəyyənləşdirməyə çalışırlar. Evi FTB tərəfindən dinlənilən Barsk təsadüfən xanımı ilə mübahisə edən zaman keçmişini etiraf etməli olur. Fakt və əsas əldə edən FTB əməkdaşları dərhal KQB-nin casusunu həbs edirlər. Qəribədir ki, FTB agentləri onu həbs etməyə gələndə Barsk “harada qalmışınız, niyə gec gəldiniz” deyə sual edib.

Sorğu-suala tutulan Barsk bildiyi hər şeyi ABŞ kəşfiyyatına anladıb və yalan cihazından keçirilib. Barsk həbsə getməyi gözləsə də, həbsə göndərilməyib. FTB Barskın ABŞ vətəndaşlığı almasına köməklik edib. Barsk hətta onu həbs edən FTB agenti ilə illərlə dostluq edib.

Üç dəfə evlənən keçmiş KQB casusu ilk xanımı ilə heç vaxt görüşmədiyini, ancaq Almaniyada olan oğlu ilə əlaqələrə malik olduğunu deyib.


Müəllif: Cavad