22 Sentyabr 2018 13:29
2 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan məhkəməsi “Don Pipo” ləqəbi ilə tanınmış Artur Asatryan adlı kriminal avtoriteti azadlığa buraxıb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Asatryanın vəkili məlumat verib.

Don Pipo Ermənistanın Respublika partiyasından olan deputat Manvel Qriqoryan və onun oğlu sabiq mer Karen Qriqoryanla konfliktə görə bu ilin 16 iyununda həbs edilib.

Asatryan Ermənistanda baş verən mitinqlər zamanı Qriqoryanlara qarşı sərt mövqe tutub və iğtişaşçıları öz doğma şəhəri Eçmiadzinenin merinə qarşı qaldırıb.

Kriminal keçmişi olan Artur Asatryan İtaliyada yaşayıb və oradakı fəaliyyətinə görə “Don Pipo” ləqəbini alıb.

Erməni mediası ehtimal edir ki, Artur Asatryanın azadlığa buraxılması birbaşa Nikol Paşinyanın əmridir və baş nazir Don Piponun imperiyasından öz məqsədləri üçün istifadə edə bilər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər