22 Sentyabr 2018 15:33
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp və ABŞ-ın taleyi Səddam Hüseynin taleyi ilə eyni olacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İran Prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışı zamanı deyib.

ABŞ-ın beynəlxalq aləmdə İrana təzyiqlər etmək istədiyindən danışan Ruhani 1980-ci ildə baş verən İraq-İran müharibəsini xatırladıb.

Səddam Hüseyni Donald Trampla müqayisə edən Həsən Ruhani bildirib ki, onun da taleyi Səddam Hüseyninki kimi olacaq.

İranın özünü müdafiə silahlarından imtina etməyəcəyini söyləyən prezident əlavə edib ki, bura ABŞ-da narahatlıq yaradan raketlərin istehsalı da daxildir.


Müəllif: Cavad

Oxşar xəbərlər