24 Sentyabr 2018 11:15
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdaifə nazirliyinə məxsus hərbi gəmilər Rusiyanın dəniz məkanına daxil olub.

Teleqraf.com xəbər verir ki, 2 hərbi gəmi Kerç boğazında Krım körpüsünün altından keçərək irəliləməyə davam edir.

Bu, daxili müharibədən sonra Ukraynanın Rusiya su məkanına ilk həmləsidir.

Kerç boğazını keçən gəmilər hazırda rus donanması və sahil mühafizə qayıqları tərəfindən izlənilir. Rusiya Müdafiə Nazirliyi bununla bağlı hələ ki heç bir addım atmır.

Ekspertlərin fikirincə, bu addım iki ölkə arasında münaqişəni daha da qızışdıracaq. Hərbi toqquşmaların baş verəcəyi də istisna edilmir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər