26 Sentyabr 2018 10:40
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyaya S-300 verməsinin əsas səbəbi bu ölkənin ərazisindəki qüvvələrini gələcəkdə baş verə biləcək hava hücumlarından qorumaqdır.

Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik Rusiyanın Suriyaya 2 həftə ərzində S-300 kompleksləri verəcəyi ilə bağlı yaydığı açıqlama haqda Axar.az-a danışarkən deyib. Politoloq son zamanlar S-400 və S-300 raket sistemlərinin satışı ilə bağlı gedən danışıqları xatırladıb:

“S-400-lərin, daha sonra isə S-300-lərin satılması haqda gedən danışıqlar və onların verdiyi nəticə göz qabağındadır. Danışıqların ilkin mərhələsində S-400-lərin satılması nəzərdə tutulsa da, son qərar S-300-lər oldu. ABŞ və İsrail illərdir S-300-ləri araşdırır, lakin hələ də onun zəifliklərini ortaya çıxara bilməyiblər. Yeri gəlsə, F-35-lər bu sistemlərdən özünü qoruya bilər, lakin bu, İsrail və Rusiya arasında mövcud olan münasibətləri korlayar. Son üç ildə sözügedən ölkələr arasında konfliktsizləşdirmə siyasəti uğurla yerinə yetirilir. Lakin əminliklə deyə bilərəm ki, İsrail Suriyaya hava hücumlarını dayandırmayacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər