26 Sentyabr 2018 11:50
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla nüvə razılaşması imzalamış Avropa ölkələrinə sərt xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, onların Tehranla yeni bir ticarət mexanizmi yaratmaq istəkləri Vaşinqtonun etirazına səbəb olub.

Nyu Yorkda qatıldığı brifinqdə açıqlama verən diplomat İran hakimiyyətinə də mesaj göndərib:

“İran bölgəyə və dünyaya təhdiddir. Bəzi ölkələr isə ona hələ də dəstək olur. ABŞ İranla imzalanmış nüvə razılaşması tərəflərinin sanksiyalarımızı nəticəsiz qoyacaq bir ödəmə sistemi yaratmaq istəklərindən son dərəcə narahatdır və biz məyusluq içərisindəyik. Bu, sülhə və təhlükəsizliyə qarşı atılmış ən zərərli addımdır”

Mayk Pompeo “ticarət mexanizmi” dedikdə, Fransa, Almaniya, Rusiya, İngiltərə və İranın XİN rəhbərlərinin görüşündən sonra təbii qaz ticarətini daha da asanlaşdırmaq üçün xüsusi ödəmə sistemi yaradılacağı barədə razılığı nəzərdə tutur.

Mayk Pompeo İranın Hörmüz boğazını bağlamaq niyyətinə də cavab verib:

“Vaşinqton Hörmüzün bağlanmasına imkan verməyəcək, İranın orada tək hüquqlu dövlət deyil. Hazırda İran gəmiləri beynəlxalq dənizlərdə digər ölkələri sıxışdırır. Əgər İran düşünürsə ki, Hörmüz boğazı ona məxsusdur, Birləşmiş Ştatların buna yol verməyəcəyinə əmin olsun”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər