“BMT Baş Məclisinin sessiyası zamanı ABŞ İranla açıq dialoqdan qaçırdı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib:
“İran özünə hörmət edən və maraqlarını müdafiə edə bilən tərəfdaşları ilə yeni bir vəziyyət yaradacaq. Biz ABŞ-ın qeyri-qanuni sanksiyalarına qarşı birgə mübarizə aparcağıq”
Xatırladaq ki, BMT-də çıxışı zamanı Donald Tramp İran əleyhinə sanksiyaları davam etdirəcəklərini bildirib.