29 Sentyabr 2018 15:03
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə Səudiyyə Ərəbistanında 3 min nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, həbs edilən şəxslər Səudiyyə hökumətinə qarşı müxalif fikirlər səsləndirməkdə ittiham olunurlar.

“Əl-Xalic” Araşdırmalar Mərkəzinin hesabatına görə, onların arasında uşaqlı qadınlar da var. Qadınlar uşaqları ilə birlikdə həbsxanaya göndəriliblər.

Mərkəz iddia edir ki, Səudiyyə Ərəbistanındakı həbslərlə bağlı təqdim edilən rəsmi statistika 10 dəfə az göstərilir.

Son bir ildə Səudiyyə Ərəbistanında sosial şəbəkələrdəki fəaliyyətlərinə görə 60 din alimi, 50 professor, 10 hüquq müdafiəçisi, 20 insan haqları fəalı, 25 jurnalist, 60 akademik və 40 yazıçı həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər