Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan Monqolustandan olan həmkarı Damdin Yoqtbaatari ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində baş tutan görüşdə tərəflər arasında bir sıra sənədlər imzalanıb.
İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə ticarət və iqtisadiyyat sahələrində əlaqələrin qurulması barədə razılaşma əldə edilib, diplomatik və xidməti pasportları olan şəxslər üçün viza rejiminin ləğv edilməsi məsələsinə dair anlaşma imzalanıb.
Qeyd edək ki, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycana işgüzar səfərə gəlmişdi.
O, Bakıda olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdü.