İrəvanda valideynlərin etiraz aksiyası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün günorta saatlarında şəhərin 51 nömrəli məktəbinin valideynləri məktəb binası önündə etiraz aksiyası keçirirlər.
Onlarla valideyn məktəbə yeni direktorun təyin olunmasına və bu işin sertifikatlaşdırılmasına etriaz edirlər.
Məktəbə müsabiqə vasitəsilə yeni direktorun təyinatından narazı olan valideynlər bu müsabiqənin legetim olmasına inanmadıqlarını və namizədlərdən ikisini heç tanımadıqlarını irəli sürürlər.
Valideynlər öz namizədlərinin müsabiqədə iştirakı üçün kifayət qədər vaxt verilmədiyini iddia edirlər:
“Bizim namizədimiz bu məktəbin yaradılışından bu gününə kimi bilir və uzun müddət təhsil işində təcrübəsi var. Ancaq ona müsabiqədə iştirak üçün şərait yaradılmır”.
Valideynlər məktəbin yeni rəhbərinin ABŞ-dan gələn erməni olmasına da etiraz ediblər:
“Namizədlər arasında Lusina Kasaboqlyan var. Kimsə ABŞ-dan gəlibsə, bizim uşaqlarımızın taleyi və gələcəyi onun nəzarətində olmalıdır? O, təhsil barədə heç bir şey bilmir”.
Ekspertlərin fikirincə , Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni sistem yaradılması hələ ki, mümkün olmur. Bunu daha çox ölkədə plansız şəkildə fəaliyyət göstərilməsi və yeni kadrların işin öhdəsindən gələ bilməsi ilə izah edirlər.
Bildirilir ki, məktəblərdə rəhbərliyin dəyişilməsi ilk növbədə valideyn-şagird komitələri ilə razılaşdırılmalıdır.
Qeyd edək ki, yaranmış vəziyyətlə bağlı artıq valideynlər Ermənistanın Təhsil Nazirliyinə müraciət göndəriblər.