Vladimir Putin dünyanın ən etibarlı liderləri sorğusunda Donald Trampı üstələyib.
Teleqraf.com xəbər verir ki, “Pew Research Center”in keçirdiyi sorğuda 52 faiz səslə birinci yeri Angela Merkel tutub.
Daha sonra siyahıda Çin Prezidenti Si Çzipin və Fransa Prezidenti Emanuel Makronun adları gəlir.
Sorğuda Putinin beynəlxalq arenada daha fəal və güvənli hərəkət etməsi Kreml rəhbərinin Trampı 0,32 faiz üstələməsi ilə nəticələnib.
Sorğuda insanların əksəriyyəti Çinin xarici siyasətini dəstəkləyiblər.