Ermənistan parlamenti öz işini bərpa edib.
Teleqraf.com xəbər verir ki, 59 deputatla iclas keçirən parlament bir sıra qanun layihələrinə düzəlişləri qəbul edib
***
11:54
Ermənistan parlamenti öz işinə başlaya bilməyib.
Teleqraf.com xəbər verir ki, buna səbəb deputatların sayının yetərsiz olmasıdır.
Belə ki, parlamentdə iclasa başlamaq üçün minimum 53 deputatın iştirakı lazımdırsa, hazırda binada cəmi 40 deputat var.
Parlamentin spikeri Ara Babloyan qeyd edib ki, reqlamentə əsasən, deputatlar yetərli sayda olmalıdır, lakin 4 saatdan ərzində deputatlar toplanmazsa, parlament işini davam etdirə bilməz. O, hələ ki deputatlardan həmkarları gələnə qədər zalda gözləmələrini xahiş edib.
Deputatların sayı kifayət qədər olmayacağı təqdirdə parlamentin iclası keçirilməyəcək.