Ermənistan parlamenti ölkədə növbədənkənar seçkilərin dekabrda keçirilməsi barədə qərar qəbulundan imtina edib.
Teleqraf.com xəbər verir ki, deputatlar seçkilərin 2019-cu ilin may ayında keçirilməsinə tərəfdar olublar.
“Respublika”, “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyasının üzvləri əks halda öz namizədlərini irəli sürməyəcəklər.
Qeyd edək ki, inqilabi yolla baş nazir postuna yiyələnmiş Nikol Paşinyan parlament seçkilərinin dekabrda keçirilməsinə çalışırdı.