Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.
Teleqraf.com xəbər verir ki, incident nəticəsində xəstəxanaya qaldırılan 5 hərbçidən 3-ü də dünyasını dəyişib.
Terroçulara qarşı Türk Silahlı Qüvvələrinin əməliyyatı davam edir.
***
10:20
Türkiyənin Batman əyalətində terror hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Hasankeyf bölgəsində yolların təmiri zamanı olub.
Ərazinin təhlükəsizliyini təmin edən əsgərlərin yaxınlığında əldəqayırma bomba partladılıb.
Nəticədə 4 nəfər şəhid olub, 5 əsgər ağır yaralanıb.
Faktla bağlı Türkiyə Silahlı Qüvvələri əməliyyata başlayıb.