Türkiyədə turist qeyri-adi oğurluq edib.
Teleqraf.com xəbər verir ki, hadisə Muğla şəhərində zərgər dükanlarından birində baş verib.
Əvvəlcə 54 yaşlı irland turist üzüklərə baxıb. Daha sonra üzüklərdən birini ovcunda gizlədən turist çıxışa doğru istiqamətlənib. Turistin şübhəli hərəkətini müşahidə edən satıcı qapını dərhal bağlayıb və onu buraxmayıb.
Turist isə üzüklə tutulmamaq üçün onu udub.
Hadisə yerinə gələn polis əməkdaşları Yan Kempbell adlı irlandı xəstəxanaya aparıb. 40 min funt sterilinq dəyərində olan 2,5 karat brilyant üzük onun mədəsindən çıxarılıb.
Maraqlısı isə odur ki, irland turist daha sonra həkimlərdən üzüyün ona qaytarılmasını tələb edib.