Məşhur "The Ice Bucket Challenge" adlı "bir vedrə buzlu su" aksiyasının 27 yaşlı yaradıcısı Korey Qriffin dünyasını dəyişib.
ALS xəstəliyindən əziyyət çəkən xəstələrə kömək etmək üçün belə bir kampaniyaya başlayan Qriffin evinin damından suya atlayarkən ölüb.
Qeyd edək ki, Hollivud ulduzlarının və dünyanın məşhur simalarının qatıldığı bu aksiyadan indiyədək 22 milyon dollardan çox ianə toplandığı deyilir.
/Axşam.az/