Böyük Britaniya və Almaniya hökumətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə müzakirələr aparırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar 4 Rusiya vətəndaşının Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına haker hücumu ilə bağlı Niderland Müdafiə Nazirliyinin yaydığı bəyanatla əlaqədardır.
Böyük Britaniya Baş nazirinin müavini Devid Lidinqton və Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert belə bir müzakirənin aparıldığını təsdiqləyiblər.