21 Avqust 2014 17:29
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi hərbi texnikanın cəbhə bölgəsində yerləşdirilməsi ilə bağlı mediada gedən xəbərlər münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.

Bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər