8 Oktyabr 2018 09:52
2 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda göstəridiyi şəkillə ajiotaja səbəb olub.

Teleqraf.com xəbər verir ki, Ərdoğan AKP-nin 27-ci konfransının bağlanış mərasimində Türkiyənin 2-ci prezidenti İsmət İnönünün tarixi fotosunu iştirakçılara göstərib.

Fotoda sabiq prezident və türk general əlində ABŞ bayrağı ilə təsvir edilib.

Ərdoğan bu fotonu nümayiş etdirməkdə məqsədi isə CHP-ni tənqid etmək olub:

“Baxın, İnönünün əlində Türkiyə bayrağı yox, ABŞ bayrağı var. Bilirsiniz niyə? Təbii ki, ABŞ-a təşəkkür üçün. CHP-nin dünəni nə idi ki, bu günü də nə olsun”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər