8 Oktyabr 2018 16:05
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Vladimir Putinlə qazın qiyməti ilə bağlı bir daha danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni baş nazir ölkənin enerji naziri Qaregin Baqramyana göstəriş verib.

Göstərişə əsasən Baqramyan Rusiyadan alınan qazın qiyməti ilə bağlı yeni təkliflər paketi hazırlamalıdır.

Paşinyan noyabrın 8-də Putinlə görüşmək istədiyi barədə öz Feysbuk hesabından açıqlama verib. “Başqa bir görüş isə dekabrın ortalarında planlaşdırılır “deyə erməni baş nazir vurğulayıb.

Hazırda Ermənistan Rusiyadan min kubmetr qazı 150 dollara alır və ölkədə qazın satışı 290 dollara başa gəlir. Bu isə ildən-ilə Ermənistanda qazın qiymətinin bahalaşmasına gətirib çıxarır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər