İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda yoxa çıxan “Vaşinqton post” qəzetinin jurnalisti Camal Qaşıqçı ilə bağlı araşdırma başladılıb.
Teleqraf.com xəbər verir ki, faktla bağlı artıq Türkiyə polisi konsulluq binasında axtarışa başlayıb.
Həmçinin Səudiyyə Ərəbistanının səfiri məsələ ilə bağlı ikinci dəfə Türkiyə XİN-nə çağırılıb.
Qeyd edək ki, İstanbul polisi bundan öncə səudiyyəli jurnalistin konsulluq binasında öldürüldüyünü qeyd edib.