10 Oktyabr 2018 18:14
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın bir sıra şəhərlərində sosial-iqtisadi böhrana etiraz olaraq başlayan tətillər davam edir.

Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də Güney Azərbaycanda başlayan tətilə İranın digər şəhərlərindən dəstək gəlib.

Şəhreza, Kirmanşah, Kərəc, Fərdis, Təbriz, Xoy, Sarab, Şəhriyar və İsfahan şəhərlərində ölkədəki qeyri-sabit iqtisadi vəziyyətə etiraz olaraq ticarət mərkəzlərinin, bazarların və mağaza sahiblərinin kütləvi tətillərə qoşulması davam edir.

Xatırladaq ki, tətillər oktyabrın 8-də başlayıb. Həmin gün İranın 50-dən çox şəhərində bazarlar, ticarət obyektləri və mağaza sahibləri fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.

Video görüntü:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər