11 Oktyabr 2018 09:47
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk müğənni Sərdar Ortaç və irland model olan xanımı Xloe Louqnan ötən gün İstanbulda Bəbək istiqamətində görüntüləniblər.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Sərdar "Xanımınızın İnstaqramda açıq-saçıq paylaşımlarını münasibətiniz necədir" sualını belə cavablandırıb:

"Gənc qadındır, gözəl şəkillər palaşır. Dənizə gecə geyimi ilə girsin? Xloenin Türkiyəyə alışmağı uzun sürdü. Amma bizim mədəniyyətə sahiblənib. Limitli yaşayır, ölçülü geyinir. Hər şeyə diqqət edir. Kimsinsə həyatına, geyiminə qarışmaq lazım deyil".

Eyni suala Xloe belə cavab verib: "Fotoları ilk olaraq Sərdara göstərirəm. Niyə qısqansın ki? Bu, mənim işimdir. Bikini markam var, onu reklam edib, pul qazanıram. Həm də unutmayın ki, mən modeləm".

Qeyd edək ki, Louqnan son zamanlar sosial media hesabında bikinili paylaşımlar edirdi. Bu da izləyicilərin müzakirəsinə səbəb olmuşdu. Onlar fotoların altına "Ərin qısqanmırmı?", "Sərdar hara baxır?" kimi şərhlər yazmışdılar.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər