Rusiya Gürcüstanla viza rejiminin ləğvini planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin köməkçisi Qriqori Karasin deyib.
Onun sözlərinə görə, viza rejiminin ləğv edilməsi Rusiyadan asılıdır:
“Təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini həll etsək, gec-tez vizasız rejimə keçid mümkün olacaq. Bu istiqamətdə diplomatik qarşıdurma yoxdur.
Əlbəttə, ölkələrimiz arasında inkişaf etmiş siyasi əlaqələrin qurulmasını istəyirik, əgər bu yöndə görülən işlər səmərə vermirsə, gözləyəcəyik. Bütün hallarda Gürcüstanla vizasız rejimə keçid məsələsinin üzərində işlərimizi davam etdiririk”.