Cənab Tramp, həmişə vurğuladığım kimi Türkiyə məhkəməsi qərarını müstəqil şəkildə verdi. Ümid edirəm ki, ABŞ və Türkiyə iki müttəfiqə yaraşan tərzdə iş birliyinə davam edəcək.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın təşəkkür tvitinə cavab olaraq özünün Tvitter mikrobloqunda qeyd edib.
Türkiyə prezidenti PKK, İŞİD və FETÖ başda olmaqla, terror təşkilatlarına qarşı birgə mübarizə aparılacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İzmirdə ev dustağı olan rahib Endryu Bransonun azadlığa buraxılmasına görə türkiyəli həmkarına təşəkkür edib.