Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra İrəvandan Rusiya əleyhinə səsləndirilən fikirlər bu ölkənin iqtisadi vəziyyətinə mənfi təsir edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın İrəvandakı ticarət nümayəndəsi Andrey Babko deyib.
Onun sözlərinə görə, son aylarda Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının hiss olunacaq dərəcədə azalıb: “Siyasi-iqtisadi islahatlar apararkən bir sıra amillər unudulmamalıdır. Erməni siyasətçiləri Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu görməlidirlər. Məsələn, Rusiya iqtisadiyyatının dördə üç hissəsi Rusiya şirkətləri nəzarət edir. Bu baxımdan, diqqətli olmaq lazımdır”.
O, Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas bazarın da, Rusiya olduğunu diqqətə çatdırıb.