16 Oktyabr 2018 17:20
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu amerikalı keşiş Endryu Bransonun azad edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, terror təşkilatları ilə işbirliyində olmaqda ittiham edilən keşişin azad edilməsinə görə hökuməti ittiham edib:

“Dövləti idarə edənlər digər qurumların işlərinə müdaxilə etməməlidirlər. Dövləti necə idarə etdiklərinə baxın. Casus dedilər, agent dedilər, terrorçu dedilər, amma… Onu necə azad etdilər? Guya gizli bir şahidin iddiası əsasında həbs ediblər. İndi gizli şahid bırabırçılığını yaşayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu