Rusiya Pravoslav Kilsəsi Konstantinopol Patriarxlığına daxil olan kilsələrdə dua edilməsinə qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, Rus Pravoslav Kilsəsinin təmsilçisi İqor Yakimçuk qadağanı pozan din adamlarının cəzalandırılacağını açıqlayıb.
Onun sözlərinə görə, qərara əməl etməyən dindarlar tövbə etmək məcburiyyətində qalacaqlar.
Rus Pravoslav Kilsəsi qərar çərçivəsində Türkiyə və Yunanıstanın Girit, Rodos, eyni zamanda Aynoroz adalarındakı kilsələrdə dua edilməsinə qadağa qoyub.
Məlumdur ki, Rus Pravoslav Kilsəsi Ukrayna kilsəsinin müstəqil olmaq müraciətini təsdiq edən Konstantinopol Patriarxlığı ilə əlaqələrini dayandırıb. Ukrayna Pravoslav Kilsəsi isə Rusiya kilsəsindən ayrılmaq və müstəqil Ukrayna Pravoslav Kilsəsi qurmaq istəyir.
Ukrayna parlamenti məsələ ilə əlaqədar müvafiq qanun layihəsini artıq qəbul edib. Bununla bağlı Konstantinopol Patrixarxlığı da məlumatlandırılın.