16 Oktyabr 2018 19:00
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Qaidə terror şəbəkəsinə bağlı Hürras əl-Din, Ənsarud Din, Ənsarül İslam və Ənsar Tövhid Briqadaları adlı təşkilatlar İdlibdə Suriya ordusuna hücum etmək üçün ortaq qərargah qurublar.

Teleqraf.com xəbər verir ki, terror təşkilatları qərargahı Türkiyə və Rusiyanın birlikdə təhlükəsizlik zolağı elan etdikləri bölgəyə dislokasiya ediblər.

Artıq 4 qruplaşma Bəşər Əsəd ordusunun Hama bölgəsindəki Curin düşərgəsinə ilk həmləsini həyata keçirib.

Hürras əl-Din bəyanat yayaraq, İdliblə bağlı Rusiya və Türkiyə arasında Soçidə imzalanmış anlaşmanı tanımadıqlarını bildirib. Təşkilat Suriya ordusuna ilk hücumlarının videogörüntüsünü də yayımlayıb.

Qeyd edək ki, Soçi anlaşmasına görə, İdlib ətrafında Suriya ordusu ilə terror təşkilatlarının nəzarət etdiyi bölgələri ayıran 1502 kilometrlik təhlükəsizlik zolağı qurulmalı idi. Bu məqsədlə oktyabrın 15-dək cihadçı qruplaşmalar bölgədən çıxarılmalıydı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər