17 Oktyabr 2018 17:04
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur təmsil etdiyi şəhərin problemlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, millət vəkili Urmiya sakinlərinin 50 faizinin yoxsulluq və maddi problemlərə görə şəhər ətrafına və digər bölgələrə köçdüyünü bildirib.

Nadir Qazipur qeyd edib ki, Urmiyada yaşayan insanlar içməli su, qida və səhiyyət problemləri ilə üzləşiblər:

“Şəhər ətrafında sıxlıq var. Bu məsələ həmin ərazidə bir çox problemlərə yol açıb. Qeyri-rəsmi yaşayış məntəqələrinin əsas problemi işsizlikdir. İran hökuməti bu məntəqələrə daha çox büdcə vəsaiti ayırıb, yeni imkanlar yaratmalıdır”.

Qeyd edək ki, bölgədə hökm sürən quraqlığa görə Urmiya gölünün 90 faizinin quruduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu