Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı yeni faktlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə təhlükəsizlik strukturları konsulluqda işlənən cinayətin səsyazısını əldə edib.
Səsyazısından məlum olur ki, Ər-Riyada qaçan konsul Məhəmməd Üteybi cinayətin konsulluqdan kənarda işlədilməsini tələb edir. Lakin onun bu tələbinə “yaşamaq istəyirsənsə, sus” cavabını verirlər.
Sənəd üçün konsulluğa gələn Qaşıqçıya əvvəlcə işgəncə verildiyi bildirilir. Sorğu əsnasında əvvəlcə barmaqlarının, sonra da başının kəsildiyi iddia edilib.
Səsyazısında cinayətin baş verdiyi vaxt konsulun “bu cinayəti kənarda edin, mənim başıma bəla açacaqsınız”, səsi eşidilir.
Qaşıqçının cəsədinin hara aparıldığı məlum deyil.