İŞİD terrorçuları Suriyada 700 nəfəri girov götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın hərbi-diplomatik dairələri məlumat yayıb.
Terrorçuların Əl-Bəhrə yaşayış məntəqəsindəki qaçqınlar düşərgəsinə hücum etdiyi bildirilir. Məlumata görə, girov götürülənlər arasında Qərbi Avropa ölkələrinin vətəndaşları da var.