19 Oktyabr 2018 01:25
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində 16 mərtəbəli binada yanğın baş verib.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, əvvəlcə alov binanın 9-11-ci mərtəbələrini bürüyüb. Daha sonra yanğın 12-ci mərtəbəyə qədər qalxıb.

İlkin məlumata əsasən, 100-dən çox sakin təxliyə olunub. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerində 15 ədəd yanğınsöndürən texnika və 47 yanğınsöndürən çalışır.

Yanğının səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com