20 Oktyabr 2018 15:38
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, səhər saatlarında başlayan əməliyyat şəhərin üç müxtəlif bölgəsini əhatə edib.

Çoxsaylı ünvanlarda əməliyyat nəticəsində PKK-nın ideoloji fəaliyyətində iştirak edən və təşkilatın adından tədbirlər həyata keçirən 8 nəfər saxlanılıb.

Axtarış zamanı çoxsaylı ideoloji materiallar, sənədlər ələ keçirilib.


Müəllif: Cavad