20 Oktyabr 2018 16:04
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada ilk dəfə “cinsiyyətsiz” pasport sahibinə verilib.

Teleqraf.com xəbər verir ki, 57 yaşlı Leonne Zeegers pasportun cinsiyyətin bölümünə qadın (V), kişi üçün (M) yazmaq yerinə X işarəsi qoyulan pasportunu alıb.

Kişi kimi doğulan Zeegers 2001-ci ildə əməliyyat sayəsində qadın olub. Ancaq sonradan özünü transseksual kimi qiymətləndirib.

Leonne Zeegersə əvvəlcə belə pasport verməkdən imtina edilib. O, məhkəmədə iddia qaldırıb və bu münasibəti şəxsi həyatına müdaxilə kimi qiymətləndirib.

Hollandiyada əhalinin 4 faizi özünü nə qadın, nə də kişi hesab edir.


Müəllif: Cavad

Oxşar xəbərlər