Əfqanıstanda keçirilən parlament seçkilərini hədəfə alan terrorçular bütün gün boyu seçki məntəqələrinə hücum ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeydə alınan 193 hücumda 36 nəfərin öldüyü, 126 nəfərin isə yaralandığı bildirilir. Silahlı insident nəticəsində 31 Taliban terrorçusunun da zərərsizləşdirildiyi vurğulanıb.