Yaponiyanın Xarici İşlər naziri Taro Kono Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətli ilə bağlı işin hərtərəfli araşdırmasına çağırış edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Danimarkada səfərdə olarkən çıxış edib. “Bu, böyük təəssüf hissi doğurur. Biz baş vermiş hadisənin hərtərəfli araşdırılmasına və ədalətli, aşkar cavab tədbirlərinin görülməsinə çağırırıq”, – deyə yaponiyalı nazir bildirib.
Qeyd edək ki, ABŞ-ın “Vaşinton Post” qəzetinin icmalçısı C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.