21 Oktyabr 2018 19:59
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları Feysbukda məlumat veriblər.

Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər