Yunanıstanın ədliyyə naziri Haralambos Athanasiu “İrqçilik Əleyhinə” adlı qanun layihəsinə uydurma erməni “soyqırımı” ilə bağlı maddənin salınacağını bildirib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, maddədə “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutulacaq.
“Yunanıstan parlamentinin tanıdığı soyıqırımların pis niyyətlə inkarı və təhqir olunması cinayət hesab olunacaq”, - deyə ədliyyə naziri söyləyib.
Qeyd edək ki, sözügedən qanun layihəsi Yunanıstan parlamentinin avqust ayının 26-27-də keçiriləcək iclaslarında müzakirə olunacaq və səsə qoyulacaq.